Yeni nazir müavini 3 il əvvəl "Audi" ilə "Bravo"ya girmişdi
Dekabr 03
16:25
2021
Xəbər verdiyimiz kimi noyabrın 29-da Azərbaycan Prezidentinin sərəncamı ilə Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini vəzifəsinə təyin olunub.
Qlobal.az xəbər verir ki, M. Vasilevanın nazir müavini təyin olunmasından sonra onun iştirakı ilə 3 il əvvəl törədilmiş qəza gündəmə gəlib.
Belə ki, 2018-ci ilin dekabr ayında M. Vasileva sürücüsü olduğu "Audi-Q3" markalı avtomobillə "Koroğlu”da yerləşən "Bravo” hipermarketinə girmiş, qəzadan sonra həmin maşının dövlət nömrə nişanını çıxarmışdı.
Həmin vaxt o, Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi vəzifəsini icra edirdi.
Yeniavaz
Qlobal.az