SON XƏBƏR

“Boru kəmərinin altında başqa bir partlayıcı da ola bilər...” – PUTİN

Mart 15
13:05 2023
"Bunun dövlət səviyyəsində törədilən terror aktı olduğu aydındır”.

"AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Şimal axını” boru kəmərlərinə edilən hücumlarla bağlı dövlət televiziyasına açıqlama verərkən deyib.

Putin hadisənin aydınlaşdırlması üçün araşdırma aparmalarının lazım olduğunu bildirib: "Terror aktının baş verdiyi yerə girməyə icazə verməsələr, öz araşdırmamızı aparmağımız çox çətindir. Bu, artıq bir cinayət deyil. Bunun terror aktı olması heç kim üçün sirr deyil. Məncə, indi hamı bunu qəbul edib. Üstəlik, bunun dövlət səviyyəsində törədilmiş terror aktı olduğu aydındır”.

Ukrayna təxribat qruplarının qaz boru kəmərlərinə hücum etdiyi iddialarını "cəfəngiyyat” kimi qiymətləndirən Putin, bu hücumları yalnız yüksək texnoloji avadanlıqlara malik ölkələrin həyata keçirə biləcəyini müdafiə edib.

"Bu, tamamilə cəfəngiyyatdır. Bu böyüklükdə və dərinlikdəki partlayışları yalnız mütəxəssislər və hətta müəyyən texnologiyalara malik dövlətlər tərəfindən dəstəklənən mütəxəssislər edə bilər”, - Putin bildirib.

Danimarka tərəfinin "Qazprom”a boru kəmərlərinin partlama nöqtələrində araşdırma aparmaq üçün icazə verdiyini ifadə edən Putin, rusiyalı mütəxəssislərin maraqlı tapıntılarla qarşılaşdıqlarını bildirib: "Mütəxəssislər partlayış yerindən təxminən 30 kilometr aralıda iynə aşkarlayıblar. Bu iynə boruların ən həssas hissəsi hesab olunan birləşmə nöqtələrinin yaxınlığından tapılıb. Mütəxəssislərimiz hesab edirlər ki, bu, siqnalı qəbul edib, partlayışı həyata keçirmək üçün antena ola bilər. İddia etmirəm, amma ola bilə deyirəm. Boru kəmərinin altında başqa bir partlayıcı da ola bilər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook