Boris Consonun bacısı: “Damarlarımda türk qanının dövran etməsi qürurvericidir” – “Azərbaycana səfər etmək istəyirəm”
May 18
10:56
2022
Rachel Sabiha Conson – Məşhur ingilis jurnalist, televiziya aparıcısı, yazar. O, İngiltərə Baş naziri Boris Consonun bacısıdır.
Rachel Sabiha Conson HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Rachel Conson müsahibə zamanı bir çox mühüm məqamdan söhbət açıb. İngiltərə Baş nazirinin bacısı ilk dəfə olaraq Azərbaycanla bağlı fikirlərini də ifadə edib.
Qlobal.az HafizTimes.com-a istinadla Rachel Sabiha Consonla eksklüziv müsahibəni olduğu kimi təqdim edir:
– Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nə çatışmırdı?
– Heç nə əskik olmadı – iki inanılmaz valideyinlə birlikdə gülüş, zarafatlar və səhayətlə dolu çılğın uşaqlıq idi
– Həyatınızda ən böyük mentorunuz kim olub?
– Keçən ilin sentyabrda vəfat edən anam – mənə heç nəyin boşa getmədiyini öyrədən həyatımdakı ən önəmli insan…
– "Sabiha” adı həyatınıza nələr qatır?
– Mən türk əcdadlarımdan birinin adını daşımaqla qürur duyuram, bu məni Osmanlı köklərimə bağlı hiss etdirir.
– Bəs aşdığınız ən böyük maneə nə olub?
– Mən heç bir maneəni dəf etməmişəm – özümü çox şanslı hiss edirəm.
– Uğurlarınızı nəyə borclusunuz?
– Şans.
– Hansı kitab həyatınızı dəyişdi?
– "The Little Red Hen”, mənə oxumağı öyrədən bir uğur böcəyi kitabı (Ladybird)
– Boris Conson haqqında ən böyük yanlış təsəvvür nədir?
– Onun tənbəl olması.
– Conson ailəsinin necə xatırlanmasını istərsiniz?
– Sarışın bir qəbilə kimi!
– Dinin həyatınızdakı rolu nədir?
– Mən Tanrıya yox, təbiətə sitayiş edirəm.
– Ən çox sevdiyiniz söz hansıdır?
– Ana (Mama)
– Böyük Britaniya hökuməti Ukraynanın üzləşdiyi problemləri yaxşı həll edirmi?
– Hökumət Ukraynanı dəstəkləməyə rəhbərlik (öncüllük) edib və onun rekordu zamanın sınağından çıxacaq.
– Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenski ilə Kiyev küçələrində gəzərkən hansı hissləri keçirdiniz?
– Təəccüblü və qürurlu.
– "Qurban” olmaqla "qəhrəman” olmaq arasında nə fərq var?
– Böyük fərq var. İnsanlar qəhrəman olmağa daha çox can atmaq əvəzinə, qurban paltarı geyinirlər…
– Dünya üçün necə bir gələcək təsəvvür edirsiniz?
– Mən rasional optimistəm, amma Əfqanıstanda qadınların başına gələnlər və ABŞ-da abort hüquqlarına olan təhlükə mənə elə gəlir ki, sanki dünya geriyə doğru gedir.
– Baş nazirin bacısı olmağın ən yaxşı və çətin tərəfi hansıdır?
– Baş nazirin bacısı olmaq. Baş nazirin bacısı olanda, hər şeyiniz bu qədər.
– Rachel Conson bir ana, həyat yoldaşı kimi necədir? Analara nə məsləhət vermək istərsiniz?
– Xırda şeylər üçün özünüzü yormayın. Uşaqlarınız heç vaxt indi etdiyiniz və ya keçmişdə etdiyiniz heç nəyi xatırlamayacaq, sadəcə etmədiyiniz şeyləri xatırlayacaqlar…
– Ən böyük qorxunuz nədir?
– Uşaqlarımın başına gələn hər şey.
– İndi dünyaya ən böyük mesajınız nə olardı?
– Dünyanın daha yaxşı yer olması üçün çalışın.
– Sizcə bu gün lider üçün ən vacib keyfiyyət hansı olmalıdır?
– Sakitlik.
– Hansı dövlətlər tarixin səhvlərindən dərs almadı?
– ABŞ.
– Hüquqları pozulan jurnalistlərə nə demək istərsiniz?
– Mən onlara göstərdikləri şücaətə görə təşəkkür edirəm.
– Damarlarınızda türk qanının dövranını nə vaxt hiss edirsiniz? (Əli Kamal, Hanifə Fəridə)
– Çox qürurvericidir! Və mənə böyük burun da verib.
– Hanifə Fəridəni (babanızın nənəsi) ruslar Azərbaycandan sürgün edib?
– Xeyr, onu atası İstanbulda zəngin bir tacirə satıb.
– Ən çox nə vaxt xoşbəxt olursunuz?
– Uşaqlarım və həyat yoldaşımla bir masa ətrafında olarkən.
– Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycana səfər etmək istərsinizmi?
– Tezliklə!
-Azərbaycan gənclərinə nə demək istərsiniz?

– Bacardıqca həzz alın.