Boris Conson Kiyevə gəldi: "Rus imperializmini məğlub edəcəyik"
Aprel 10
02:54
2022
Aprelin 9-da Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə gəlib.
Baş nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşüb.
Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.
A.Sibiqa vurğulayıb ki, Böyük Britaniya Ukraynaya müdafiə dəstəyi, antimüharibə koalisiyasında və Rusiya təcavüzkarına qarşı sanksiyalarda liderdir.
Boris Conson özü də "Twitter”də görüş barədə yazıb.
"Bu gün mən Ukrayna xalqının sarsılmaz dəstəyinin əlaməti olaraq Kiyevdə dostum prezident Zelenski ilə görüşdüm. Biz Ukraynanın Rusiyanın barbar kampaniyasına qarşı mübarizəsinə sadiqliyimizi nümayiş etdirərək yeni maliyyə və hərbi yardım paketini təqdim edirik”.
Conson deyib ki, Ukraynaya davamlı dəstək göstərəcəklər: "Biz rus dövlətçiliyini yox, rus imperalizmini məğlub edəcəyik və Rusiyanı normal bir dövlətə çevirəcəyik. Rusiya tərəfi artıq Pyotr, Aleksandr dövrünün bitdiyini anlamalıdır”.
Rusiya tərəfi Boris Consonun dediklərini şərh etməyib.
Britaniya Ukraynanı müharibənin ilk günlərindən dəstəkləyir.