SON XƏBƏR

Boksçumuz Olimpiya lisenziyasının bir addımlığında

İyun 01
07:12 2024
Azərbaycan boksçusu Alfonso Dominges Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb.

92 kiloqram çəkidə mübarizə aparan yığma üzvü üçüncü qarşılaşmasında Sanjit Sanjitlə (Hindistan) üz-üzə gəlib.

1/8 final çərçivəsində baş tutan döyüş çempionumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

A.Dominges növbəti görüşündə Elkin Adilbek Uulu (Qırğızıstan) ilə gücünü yoxlayacaq. O, qələbə qazanacağı halda "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.

Qeyd edək ki, bu gün Malik Həsənov (63,5 kq) "Paris-2024"ə lisenziyaya sahib olmaqla, boks millisinin aktivindəki vəsiqələrin sayını 4-ə yüksəldib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook