“Boeing” şirkəti 4 min işçini ixtisara salmaq niyyətindədir
Mart 30
22:08
2016
ABŞ-ın "Boeing” şirkəti 4 min işçini ixtisara salmaq niyyətindədir.
AZƏRTAC "bloomberght.com” saytına istinadla xəbər verir ki, şirkət 1,6 min nəfərin könüllü şəkildə işindən ayrılacağını söyləyib.
Şirkətdən bildirilib ki, işçilərin ixtisar edilməsinə səbəb şirkətin xərclərini azaltmaqla təyyarələrin xidmətindən istifadə qiymətində endirim etməkdir. Bu addımlar
"Airbus" ilə uğurla rəqabət aparmağa imkan verəcək.
Qlobal.az



