SON XƏBƏR

Bob Bləkmən: “Ermənilər Ağdam məscidində donuz saxlayıb

Aprel 19
10:06 2023
"Azərbaycana səfərim zamanı Ağdamda olduq. Burada erməni işğalından azad edildikdən sonra yenidən tikilməkdə olan məşhur məscidə baş çəkdik. Məscid işğal zamanı ermənilər tərəfindən donuz və mal-qara saxlamaq üçün istifadə edilib”.

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən tviterdə yazıb.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələri Qarabağ bölgəsini tərk etməmişdən əvvəl burada 1 milyondan çox mina basdırıblar:

"Böyük Britaniya minalardan təmizləmə proqramına yardım edir. Budur, Ağdamın ərazilərindən birində bir neçə cəsur adam minaları əllə təmizləyir. İndi cəsur insanlar onları təmizləyirlər ki, işğaldan azad edilmiş ərazilər yaşayış binaları və kənd təsərrüfatı üçün istifadə olunsun.

Ağdamda minatəmizləmə sahəsində tapılan minaların nəzarətli partlamasını həyata keçiririk. Minaların harada yerləşdiyinə dair heç bir xəritə yoxdur. Bu minalara görə 300 dinc sakin həyatını itirib”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook