BMT-yə 5 müvəqqəti üzv seçildi
Oktyabr 15
23:42
2015
Bu gün BMT Təhlükəsizlik Şurasına (TŞ) 2016-1017-ci illər üçün beş yeni müvəqqəti üzv seçilib.
Axar.az xəbər verir ki, qurultayda keçirilən səsvermədə vahid namizəd olan Yaponiya, Uruqvay, Misir, Seneqal və Ukrayna TŞ-a üzv seçilən ölkələr olub. İki il müddətinə seçilən Seneqal 187, Uruqvay 185, Yaponiya 184, Misir 179 və Ukrayna 177 ölkənin səsini alıb.
Qeyd edək ki, BMT üzvlükləri beş coğrafi bölgə arasında bölünür.
Lakin bu il Qərbi Avropa və digər bölgələrdən yeni üzv seçilməyib. Xatırladaq ki, 2012-2013-cü illər üçün Azərbaycan da TŞ-nın müvəqqəti üzvü seçilmişdi.



