SON XƏBƏR

BMT TŞ Ukrayna ilə bağlı bəyanat qəbul etdi

İyun 07
01:35 2018
BMT Təhlükəsizlik Şurası Ukraynanın şərqində atəşkəsin pozulmasını pisləyən bəyanat qəbul edib.

Virtualaz.org bildirir ki, bu barədə BMT TŞ-nin rəsmi saytı məlumat yayıb.

"Təhlükəsizlik Şurası atəşkəsin pozulmasının davam etməsini, xüsusilə Minsk razılaşması ilə qadağan edilən ağır silahların istifadəsini pisləyir. Ağır silahlardan istifadə mülki şəxslər daxil olmaqla insanların ölümünə səbəb olur”, - deyə bəyanatda bildirilir.

Şura üzvləri tərəflərdən Minsk razılaşmasının müddəalarına uyğun olaraq qüvvələri geri çəkmək və ağır silahların dərhal çıxarılmasına dair öhdəliklərini yerinə yetirməyi tələb ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook