BMT TŞ Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı iclas keçirəcək
Mart 29
15:07
2023
BMT Təhlükəsizlik Şurası martın 31-də Rusiya prezidenti Vladimir Putinin Belarus ərazisinə nüvə silahı yerləşdirmək hədəsi ilə bağlı iclas keçirəcək.
Qaynarinfo bu barədə "Ukrinform”a istinadla xəbər verir.
Məlumata gpörə, gündəliyin bu bəndi "beynəlxalq sülh və təhlükəsizliyə təhdid” kimi yazılıb.
Görüş Kiyev vaxtı ilə saat 17:00-da başlayacaq. Orada Ukrayna nümayəndə heyətinin də iştirak edəcəyi gözlənilir.
Qeyd olunur ki, cümə günü Mozambikin Təhlükəsizlik Şurasına sədrliyinin sonuncu günüdür. Aprelin 1-dən sədrlik qeyri-qanuni olaraq SSRİ-nin yerini tutan Rusiya Federasiyasına keçir.
Qeyd edək ki, martın 25-də Vladimir Putin "İsgəndər” OTRK-nın və nüvə başlıqlarına çevrilmiş on təyyarənin Belarusa təhvil verilməsini təsdiqləyib. Həmçinin, onun sözlərinə görə, Belarusda nüvə silahları üçün anbarın tikintisi iyulun 1-də başa çatacaq.
Qərbdə Putinin təhdidləri "nüvə qorxusu” adlandırılıb və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olduqlarını bəyan ediblər.