"BMT Təhlükəsizlik Şurasının üzvləri arasında konsensus çatışmazlığı var" - Düjarrik
Noyabr 21
09:56
2024
BMT Təhlükəsizlik Şurasının üzvləri arasında konsensus çatışmazlığı var.
"Report” xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Qəzza zolağında atəşkəsin dayandırılmasını tələb edən qətnaməyə ABŞ-nin vetosunu şərh edərkən bildirib.
"Düşünürəm ki, bu, Təhlükəsizlik Şurasının üzvləri arasında müşahidə etdiyimiz konsensus çatışmazlığının və açıq desək, Qəzza ilə bağlı əvvəlki qətnamələrin icra səviyyəsinin aşağı olmasının daha bir nümunəsidir", - Düjarrik deyib.
Düjarrikin sözlərinə görə, Baş katib öz tərəfindən Qəzzada müharibənin başa çatması, bütün girovların şərtsiz azad olunması və iki dövlətli həllin həyata keçirilməsi üçün bütün səyləri dəstəkləməyə davam edəcək.