BMT Təhlükəsizlik Şurası Rəfaha hücumla bağlı təcili iclas keçirəcək
May 28
09:20
2024
İsrail Müdafiə Qüvvələrinin onlarla fələstinlinin ölümünə səbəb olan Rəfahdakı çadır düşərgəsinə endirdiyi zərbə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası mayın 28-də fövqəladə iclas keçirəcək.
Görüş qapalı məsləhətləşmələr formatında keçiriləcək.
"Qapalı məsləhətləşmələr Əlcəzairin tələbi ilə axşam keçiriləcək", - mənbə bildirib.
Mayın 27-nə keçən gecə İsrail hərbçiləri Rəfahı vurub.
Ən azı səkkiz raket BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş üzrə Agentliyinin Yaxın Şərqdəki anbarının yanında qurulan Tell-əs-Sultan bölgəsindəki çadır düşərgəsinə düşüb.
Çadır şəhərciyində yanğın baş verib.
Hücum nəticəsində azı 40 nəfər həlak olub.