BMT Səudiyyə Ərəbistanı və İrana xüsusi elçi göndərdi
Yanvar 04
23:31
2016
BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Səudiyyə Ərəbistanı və İrana yollanıb.
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, S. de Mistura əvvəl Ər-Rİyadda, sonra isə Tehranda danışıqlar aparacaq.
"Səfərin məqsədi iki ölkə arasında yaranmış gərginliyi azaltmaqdır”, – deyə S.Düjarrik qeyd edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələrini kəsib.
İran parlamenti isə şiə din xadimi Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam olunması ilə əlaqədar Xarici İşlər Nazirliyini rəsmi Ər-Riyadla əlaqələri kəsməyə çağırıb. (APA)



