BMT-nin Məskunlaşma Proqramının nümayəndə heyəti Ağdamda səfərdədir
Mart 04
12:01
2022
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərifin başçılıq etdiyi nümayəndə heyəti Ağdam rayonunda səfərdədir.
"Report” xəbər verir ki, səfər çərçivəsində Maimuna Mohd Şərif Azərbaycan hökumətinin şəhər planlaşdırılması sahəsində apardığı bərpa işləri ilə tanış olacaq.



