SON XƏBƏR

BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir

Fevral 27
11:17 2016
"Bu gün üçün BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir. Onların hamısı Şərqi Avropa regionundandır".
 
"Report" bunu keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında BMT-nin Baş Assambleyasının 70-ci sessiyasının sədri Mogens Lyukketoft deyib. "Namizədlərin üçü kişi, üçü qadındır.
 
Bunlar Srcan Kərim (Makedoniya), Vesna Pusiç (Xorvatiya), İqor Lukşiç (Monteneqro), Danilo Türk (Sloveniya), İrina Bokova (Bolqarıstan) və Natalya Germandır (Moldova)", - deyə Mogens Lyukketoft bildirib. O, gələcək baş katibin seçim prosesinin şəffaf olacağını qeyd edib.
 
Sədr ilk dəfə BMT-nin 193 üzvünün hamısının seçkilərdə iştirak edəcəyini bildirib.
 
M.Lyukketoftun sözlərinə görə, aprelin 12-14-də BMT-yə üzv dövlətlər namizədlərlə görüşlər keçirməyə başlayacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook