BMT baş katibi Türkiyəyə səfər edib
İyul 22
05:09
2022
BMT baş katibi Antoniu Quterreş Türkiyəyə səfər edib.
"Report" xəbər verir ki, baş katib artıq İstanbuldadır.
Quterreş iyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin daşınması sazişinin imzalanma mərasiminə qatılacaq.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.



