SON XƏBƏR

BMT Baş katibi 2023-cü ildə ərzaq qıtlığı ilə bağlı xəbərdarlıq edib

Sentyabr 15
09:53 2022
Dünya birliyi Rusiya gübrələrinin bazarlara çıxışı problemini həll etməlidir, əks halda gələn il dünya ərzaq qıtlığı ilə üzləşəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş BMT Baş Assambleyasının 77-ci sessiyasının başlanması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"Gübrə bazarlarını normallaşdırmasaq, 2023-cü ildə qida sektorunda problemlərlə üzləşəcəyik”, - Quterreş vurğulayıb.

Baş katib əlavə edib ki, BMT ərzaq və gübrə ixracı qarşısındakı maneələri aradan qaldırmağa tam sadiqdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook