BMT Baş Assambleyasının sədri Azərbaycan xalqını təbrik edib

May 12
09:08
2023
BMT Baş Assambleyasının sədri Şaba Körösi Azərbaycan xalqını Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edib.
"Azərbaycan xalqını Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edirəm.
Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində Heydər Əliyevin büstünün açılış mərasimində iştirak etməkdən məmnun oldum”, - BMT Baş Assambleyasının sədri qeyd edib.