BMT Baş Assambleyasının keçmiş prezidenti Azərbaycana başsağlığı verib
Sentyabr 14
10:06
2022
BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyənin Avropa İttifaqı məsələləri üzrə 2014-2015, 2015-2016-cı illərdə naziri vəzifəsində çalışmış Volkan Bozkır Azərbaycan xalqına başsağlığı verib.
"Report" xəbər verir ki, Volkan Bozkır bu barədə tviter hesabında yazıb.
"Ermənistan sərhədində baş verən toqquşmalar nəticəsində şəhid olan qəhrəman Azərbaycan əsgərlərinə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm.



