SON XƏBƏR

BMT Afrindəki əməliyyatı dayandırmağa çağırıb

Fevral 21
02:44 2018
Türkiyə Silahlı Qüvvələrin Suriyanın Afrin bölgəsində apardığı əməliyyata son qoyulmalıdır. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibi Antoniu Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
 
"Bu əməliyyatlara son qoyulmalıdır. Döyüşlərin sayı artdıqca köməyə ehtiyacı olan insanlara yardım imkanları azalır”, - deyə o bildirib.
 
Bundan əvvəl verilən xəbərə əsasən, Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra Afrinə doğru irəliləməyə cəhd edən Əsəd yönümlü hərbi dəstələr geri çəkilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook