SON XƏBƏR

Blogger 25 sutka müddətinə həbs edildi

Yanvar 25
20:14 2016
Yanvarın 23-də saxlanılan blogger Xalid Xanlarova 25 sutkalıq cəza verilib.
 
Bu barədə Meydan TV-yə bloggerin dostları məlumat verib. Xalid Xanlarov İnzibati Xətalar Məcəlləsinin "Polisə müqavimət” maddəsi ilə cəzalandırılıb.
 
Dostlarına verdiyi məlumata görə, Xalid Xanlarov həbs olunmazdan bir gün əvvəl DİN-ə Facebook sosial şəbəkəsindəki fəaliyyətinə görə ifadə verməyə çağırılmışdı.
 
Aktiv Facebook istifadəçisi DİN-in İnzibati Asayişi Pozanların Saxlanma Həbsxanasında saxlanılır. 20 yaşlı blogger Qafqaz Universitetinin 3-cü kurs tələbəsidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook