"Blinken və Ostinlə danışıqların əsas mövzusu Ukraynaya kömək məsələsi olub" - Zelenski
Aprel 25
15:35
2022
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinlə danışıqlarında əsas məsələ Ukraynaya yardım göstərilməsi olub.
"Üç saatdan çox davam edən danışıqlar ümidverici və ən əsası, səmərəli keçdi. Aldığımız güclü və səmimi dəstəyə görə ABŞ xalqına və şəxsən Prezident Baydenə təşəkkür edirəm. Bunlar nəinki dövlətimizi, bütövlükdə demokratiyanı gücləndirir”,- o deyib.