SON XƏBƏR

Blinken: "İsrailin HƏMAS-la müharibəsi metastaz verə bilər"

Yanvar 08
13:43 2024
ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, hazırda mərkəzi Qəzzada olan İsrail və HƏMAS arasındakı müharibə Fələstin ərazisindən kənara "asanlıqla metastaz verə bilər".

Qaynarinfo xəbər verir ki, onun Yaxın Şərqə səfərinin əvvəlində verdiyi açıqlamanı ABC News yayıb.

ABŞ dövlət katibinin sözlərinə görə, regionda "dərin gərginlik” daha geniş münaqişə perspektivini artırır.

Blinken Dohada keçirdiyi mətbuat konfransında deyib: "Bu, region üçün dərin gərginlik anıdır. Bu, asanlıqla metastaz verə bilən, daha da çox təhlükə və əzab yarada bilən münaqişədir".

Blinken əlavə edib ki, Yaxın Şərqə səfəri zamanı mülki əhali arasında itkilərin qarşısının alınması üçün daha çox iş görməyin vacibliyini gündəmə gətirəcək.

"Artıq çoxlu sayda fələstinli, günahsız fələstinli ölüb”, - o deyib.

Blinken həmçinin bildirib ki, müharibə nəticəsində didərgin düşmüş fələstinlilər "evlərinə qayıtmalıdırlar”.

O, bəzi İsrail nazirləri və millət vəkillərinin fələstinlilərin Qəzzadan çıxarılması ilə bağlı təkliflərini "məsuliyyətsiz” və "təxribat” adlandırıb və BMT-nin köçkünlərin məskunlaşdırılmasında "həlledici rol” oynamalı olduğunu deyib.

Blinken bazar günü İordaniya və Qətərdə olub və bazar ertəsi Birləşmiş Ərəb Əmirliklərində danışıqlar aparması planlaşdırılıb. O, daha sonra Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcək.

KİV-in məlumatına görə, ABŞ prezidenti Co Baydenin administrasiyası İsrail qoşunlarının bir hissəsinin Qəzza zolağından çıxarılmasında israr edib.

CNN yüksək rütbəli amerikalı məmura istinadən daha əvvəl bildirmişdi ki, Qəzzada İsrail qoşunlarının sayının tədricən azaldılması daha az intensivlikli müharibə mərhələsinə tədricən keçidi  göstərir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook