SON XƏBƏR

Blinken Çin və İrana xəbərdarlıq edib

Fevral 20
12:25 2023
"Çinin Rusiyaya silah yardımı bizi narahat edir”.

"Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə Ankarada keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu barədə bir neçə dəfə xəbərdarlıq edilib:

"Təhlükəsizliklə bağlı bağlı narahatlığımızı Çin rəhbərliyi ilə bölüşmüşəm. Nə olacağını dəqiq demək çətindir. Amma Çin üçün böyük problemlər yarana bilər”.

Blinken, həmçinin söyləyib ki, İranın nüvə silahını zənginləşdirməsi də ciddi məsələdir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook