Blinken Fidanla sülh sazişini müzakirə edib - ABŞ Türkiyənin nüfuzundan istifadə etməyə çalışır
Yanvar 07
11:15
2024
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken İstanbulda keçirilən görüşdə Ermənistan və Azərbaycan arasında danışıqları müzakirə ediblər.
"AzPolitika.info” xəbər verir ki, bu barədə "Anadolu” agentliyi diplomatik mənbələrə istinadən xəbər yayıb.
Türkiyə Xarici İşlər naziri ABŞ dövlət katibinə deyib ki, Ankara Amerikanın "F-16” qırıcılarının alınması prosesinin tamamlanmasını gözləyir və İsveçin NATO-ya üzvlüyü ilə bağlı yekun qərar Türkiyə Böyük Millət Məclisinə məxsusdur.
Ötən ay H.Fidan Bakıda səfərdə olub, həmkarı Ceyhun Bayramov və Prezident İlham Əliyevlə bu məsələni geniş müzakirə edib. Nazir Türkiyə Böyük Millət Məclisində çıxışında da Azərbaycanla Ermənistan arasında nizamlanmanın regionda sabitliyin, təhlükəsizliyin möhkəmlənməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Proseslərin gedişatı göstərir ki, ABŞ Ankaranın nüfuzundan istifadə edərək Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh sazişinin yekun mərhələyə daxil olmasını istəyir.