Biznesmenlərin bu qərarları iş yerlərinin ixtisarı ilə nəticələnəcək - Ekspert
May 16
11:48
2020
"Böhran vəziyyətindən çıxmaq istəyində olan biznesmenlərin xərclərini azaltmağa yönələn başlıca qərarları iş yerlərinin ixtisarı ilə nəticələnəcək”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, rəsmi göstəricilərlə müqayisədə dəfələrlə çox olan yoxsul və işsiz əhalinin sayı son 2 ay ərzində durmadan artır:
"İqtisadi agentlərin, biznesin və istehlakçıların davranışlarına təsir göstərən hazırkı tendensiya ölkədə işgüzar aktivliyin kəskin azalacağını proqnozlaşdırmağa imkan verir. Görünən odur ki, böhran vəziyyətindən çıxmaq istəyində olan bizneslərin xərclərini azaltmağa yönələn başlıca qərarları iş yerlərinin ixtisarı ilə nəticələnəcək. Bu isə xüsusilə də Sosial Müdafiə Fonduna yığımların azalmasına gətirib çıxaracaq. Bundan əlavə, hazırkı qeyri-müəyyənlik biznesin strategiyasını müəyyənləşdirməyə də mənfi təsir edəcək. Odur ki, hökümətin qarşısında duran başlıca həlli vacib vəzifələrdən biri alıcılıq qabliyyətini artırmağa yönələn fiskal genişlənmə siyasətini həyata keçirmək, kreditlər resurslarına çıxış imkanlarını artırmaq, inhisarçılığı və gizli iqtisadiyyatı leqallaşdırmaq, qiymətlərin sabitliyini qorumaqdır.
İkincisi, şəffaflıq və hesabatlılıq standartları yüksəldilməli, informsiyaya çıxış asanlaşdırılmalı, ictimai iştirakçılıq genişləndirilməli, müstəqil məhkəmə hakimiyyəti qurulmalı və bu dəyişikliklər korrupsiya ilə mübarizədə ön plana keçirilməlidir”.
Qubad İbadoğlu qeyd edib ki, dövlət resurslarından istifadənin səmərərliliyini artırmaq üçün mövcud büdcələr (dövlət, neft fondu, sosial müdafiə fondu, işsizlikdən sığorta fondu) hazırkı şəraitin çağırışlarına uyğunlaşdırılmalı, dövlət mülkiyyətində olan iri şirkətlərin kommersiyalaşdırılması və özəlləşdirilməsi istiqamətində fəaliyyətlərə mümkün qədər tez start verilməlidir.