SON XƏBƏR

"Bizdən soruşurlar ki, 30 ildir sizdə Tahir Əmiraslanovdan başqa qastronom yoxdur?" - Dövlət Agentliyi

İyun 06
12:50 2023
Azərbaycanın Milli Kulinariya Mərkəzinin sabiq direktoru Tahir Əmiraslanovun Dövlət Turizm Agentliyindən narazılığına aydınlıq gətirilib.

APA xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova "Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə məlumat verib.

O bildirib ki, DTA qastronomiyanın inkişafı sahəsində şəxslər üzərindən deyil, daha geniş strategiya üzərindən fəaliyyət göstərir: "Tahir Əmiraslanov 30 il ərzində Azərbaycanı Ümumdünya Aşpazlar Cəmiyyətində uğurla təmsil edib. Biz ilk gündən Tahir müəllimə böyük hörmətlə yanaşmışıq. Müxtəlif istiqamətlə bizlə işləməyə dəvət etmişik. Ona qarşı heç bir şəxsi qərəz yoxdur. Bizim əsas qayəmiz yolu gənclər üçün açmaqdır. Bizdən tədbirlərdə soruşurlar ki, 30 ildir sizdə Tahir Əmiraslanovdan başqa qastronom yoxdur? Bizdə potensiallı xeyli adam var. Onların yolunu açmağa çalışırıq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook