SON XƏBƏR

“Bizdə 100 alimdən yalnız ikisi həqiqətən də elmlə məşğul olur” - Firudin Cəlilov

Fevral 14
16:35 2023
"Əgər alimlərin yarısı elmi ad almaq üçün dissertasiyanı pulla ona-buna yazdırırsa, o zaman necə güclü elm olar?!”

Bunu Moderator.az-a açıqlamasında professor, sabiq təhsil naziri Firudun Cəlilov deyib.

"Bu gün gənclər elmə niyə getmir?”

Gənclərin elmə biganəliyindən danışan sabiq nazir bu məsələdəki əsas səbəblərə diqqət çəkib:

"Bunun müxtəlif səbəbləri var. İndi SSRİ dövründən olan köhnə elmi kadrlar da qocalıb gedir, yenilər isə yetişmir. Yerində sayanlar da var. 100 alimin içindən 2-3 nəfər tapmaq olar ki, doğurdan da elmlə məşğuldurlar. Yerdə qalan hamısı taftalogiyadır. Buradan oraya, oradan da buraya köçürürlər.

Əgər alimlərin yarısı elmi ad almaq üçün dissertasiyanı pulla ona-buna yazdırırsa, o zaman necə güclü elm olar?! Bu məsələdə maaş azlığının da rolu danılmazdır. Amma maaşı o yerdə verirlər ki, həmən maaşın qarşılığında ortaya iş qoyulsun”.

Sabiq təhsil naziri açıqlamasında gənclərin elmə maraq göstərmədiklərinin səbəblərini də sadalayır:

"Bu gün gənclər elmə niyə getmir?!- Çünki yeni kadrların qabağını kəsirlər. Bu, kənardan çox da hiss olunmur. Bir gənc elmlə məşğul olmaq üçün elmi iş yazmalıdır. Elmi işi müdafiə edənə qədər gənclərə bir çox maneə yaradırlar, onlar da müdafiə üçün illərlə növbə gözləməli olur. Elmdə də növbə olar?! Hələ elmi işini Ali Attestasiya Komissiyasına verdikdən bir-iki il sonra ona "hə”, yaxud da, "yox” cavabı gəlir. Ona görə də, elmdə inkişaf yoxdur”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook