“Biz - xristian, onlar - müsəlman" bölgüsü yolverilməzdir” - Moqerini
Mart 24
20:40
2016
"Avropada "biz - xristian, onlar - müsəlman" bölgüsü yolverilməzdir”. Musavat.com-un məlumatına görə, bu barədə Avropa Birliyi diplomatiyasının başçısı Federika Moqerini İtaliyanın "La Repubblica” qəzetinə müsahibəsində bildirib.
"Əgər "Biz – xristianlar, onlar - ərəblər, müsəlmanlar, terrorçular” terminlərindən istifadə eləməyə başlasaq, o zaman yalnız birgə mövcudluğun mümkün olmadığını deyənlərin ritorikasını gücləndirmiş olaraq. Avropanın təməl dəyəri isə - milliyyətindən, dinindən, mədəniyyətindən asılı olmayaraq hamının birgə yaşaması və işləməsidir. Bizim gücümüz, sülhün və çiçəklənmənin rəhni müxətəliflikdədir. Alyans, dialoq, əməkdaşlıq və inteqrasiya – problemin həlli budur” – Moqreini qeyd edib.
Bununla belə, ali komissar terrorizm probleminin Avropanın təkcə daxili problemi olmadığı fikri ilə razılaşıb. "Hakimiyyət boşluğu yaradan istənilən situasiya terrorçulara zəmin yaradır. Ümid edək ki, bu faciə (Brüsseldəki teraktlar) Suriya böhranının həllinə impuls verəcək, həmçinin, Liviyada vəziyyətin fəlakətli inkişafına imkan verməyəcək” - Moqerini bildirib.
Onun qənaətincə, terrorçuluğun öhdəsindən yalnız ümum-Avropa strategiyasının köməyi ilə gəlmək mümkündür. "Avropa yanaşması nəticə vermir, milli səviyyədə addımlar isə daha effektlidir kimi fikirlər illüziyadır” - ali komissar əlavə edib.
Qlobal.az



