“Biz regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyirik” - Pakistanın Baş naziri
![](https://qlobal.az/photo/680x365/2023-12/1701517102_3e0a28c2-1465-44f9-847d-8c87dc12c302-2.jpg?1722041991)
Dekabr 02
15:37
2023
"Pakistan regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyir”.
"Pakistanın Azərbaycanla qardaşlıq münasibətləri var. Bizim güclü iqtisadi əlaqələrimiz var, biz müdafiə və strateji əməkdaşlığı inkişaf etdiririk. Müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq edirik", - o bildirib.
"Report" xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) deyib.