SON XƏBƏR

Bitkoin bahalaşdı

Aprel 10
02:43 2018
Kriptovalyuta bazarında aparılan korreksiya çərçivəsində bitkoin bahalaşaraq 7 min dollar psixoloji həddini keçib.
 
Trend-in məlumatına görə, ekspertlərin fikrincə, bitkoinin qiyməti 7,6 min dollaradək artmaqda davam edəcək.
 
"CoinMarketCap" portalınını məlumatlarına əsasən, bitkoinin qiyməti 2,36% bahalaşaraq 7,13 min dollar təşkil edib.
 
Alternativ kriptovalyutaların qiymətində artım davam edir. Belə ki, "Ethereum" 5,96% və ya 412,5 dollaradək, "Ripple" 3,06% (0,5 dollara qədər), "Bitcoin Cash" isə 3,43% (670,72 dollaradək) bahalaşıb.
 
Kriptovalyuta bazarının kapitallaşması hazırda 271,1 milyard dollar təşkil edir. Bu göstəricinin 45%-ə yaxını bitkoinin payına düşür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook