SON XƏBƏR

Birləşmiş Ərəb Əmirlikləri parlamentinə ilk dəfə qadın sədr seçilib

Noyabr 19
13:32 2015
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurasına ilk dəfə olaraq qadın sədr seçilib. BƏƏ-nin "WAM” rəsmi informasiya agentliyi bildirir ki, bu vəzifəni Amal əl-Kobeysi tutub.
 
BƏƏ-nin Federal Milli Şurası daha çox konsultativ funksiyaları olan qanunverici orqandır. Bu orqan 40 nəfərdən təşkil olunub. Onun yarısı birbaşa səsvermə, digər hissəsi isə yeddi əmirliyin hakimləri tərəfindən təyin edilir.
 
Ölkədə Federal Milli Şuraya ümumi seçkilər bu ilin oktyabrında keçirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook