Birinci vitse-prezident Rəmişlə bağlı tapşırıq verib
Yanvar 29
11:23
2021
Birinci vitse-prezident Mehriban Əliyeva xalq artisti Rafiq Hüseynov (Rəmiş) ilə bağlı tapşırıq verib.
Bu barədə gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova məlumat verib.
Xanımın sözlərinə görə, Rəmişin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Güllü Hüseynova Rafiq Hüseynova göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Qlobal.Az



