SON XƏBƏR

Birinci sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək

Fevral 22
19:05 2016
Təhsil naziri Mikayıl Cabbarov "2016-2017-ci dərs ili üçün birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi barədə” əmr imzalayıb.
 
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əmrə əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərində, nazirliyin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda 2016-2017-ci dərs ili üçün birinci sinfə şagird qəbulunun Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin online qeydiyyatı aparılmaqla, elektron sistem vasitəsilə həyata keçirilməsi qərara alınıb.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook