Bir sıra şəxslər imtahansız dövlət qulluğu müsahibəsinə buraxıla biləcək
İyun 23
02:46
2022
Azərbaycanda bir sıra şəxslər test imtahanından keçmədən dövlət qulluğu müsahibəsinə buraxıla bilər.
"Report” xəbər verir ki, bu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 31 may 2021-ci il tarixli Qanun layihəsində əksini tapıb.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, layihədə dövlət qulluğunun xüsusi növündə olan xüsusi, hərbi və ya diplomatik rütbələrin dövlət qulluğunun ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması, habelə dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin onun dövlət qulluğu stajına və dövlət qulluğu stajının onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi, dövlət orqanının rəhbəri tərəfindən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər sırasından seçim zamanı subyektivliyin qarşısını almaq məqsədilə daha yüksək nəticə əldə etmiş namizədlərə üstünlük verilməsi öz əksini tapıb.