Bir neçə ay əvvəl şirkət rəhbəri oldu - 2 milyon borca görə "stop" qoyuldu
Mart 11
18:03
2026
Azərbaycanda 2 milyondan artıq vergi borcu olan "North-South Stream" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qayanarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək MMC-nin 2.065.286,53 manat vergi borcu olduğunu bildirlib.
Şirkətin rəhbəri Novruzəliyev Bəhruz Zirəddin oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbuledilməsini xahiş edilib.
Bəhruz Novruzəliyev məhkəmə iclasında verdiyi izahatında bildirib ki, 21 oktyabr 2025-ci il tarixdən etibarən şirkətin icra orqanının rəhbəridir. Bunu təsdiq edən sənədlər telefonda olduğu üçün təqdim edə bilmir. 2025-ci ilin oktyabr ayından əvvəlki dövrdə yaranmış borc onun deyil, şirkətin əvvəlki rəhbərinin borcudur. Odur ki, ərizənin təmin edilməsinə etiraz edir.
Məhkəmənin hökmü ilə Bəhruz Novruzəliyevin ölkədən çıxışı məsələ həll olunanadək müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, şirkətin ilk qanuni təmsilçisi Rzayev Fərid Səttar oğludur. 2019-cu ildə fəaliyyətə başlayan şirkət əvvəlcə "Cənub Aqropark" Məhdud Məsuliyyətli Cəmiyyəti, 2024-cü ildən "North-South Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti adlanıb. Ad dəyişməsindən sonra şirkətin rəhbəri Qəhrəmanov Fuad Əhliman oğlu, Şəfiyeva Nailə Əhəd qızı olub və hazırda bu vəzifəni Bəhruz Novruzəliyev tutur.
Qlobal.az