Bir milyonluq dələduzluq işində hansı məmurun adı hallanır? - ŞOK FAKTLAR
Aprel 12
22:44
2022
Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləmiş Sahib Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Sahib Şükürov keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılan H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Mehriban Rüstəmovaya onun cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyi vədini verib.
Sahib Şükürov bu yolla qadından ümumilikdə 168.300 manat pul alaraq dələduzluq edib.
İstintaq orqanı Sahibin barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fikrət Qəribovun sədrliyi ilə araşdırılıb.
"Mənə demədiyi mülkləri də varmış”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, iyirmi ilə yaxın müddət ərzində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləyib:
"Məktəbin direktoru Mehribanla aramızda yaxşı münasibət olduğundan bir çox yerə birlikdə gedib-gəlmişik. Hətta onun qızını bağçaya aparıb-gətirmişəm. Səhhətimdə yaranmış problemlərlə əlaqədar müalicə və müayinə məqsədilə bir neçə dəfə xarici ölkəyə getmişəm. Nəticədə ağciyərimdə xərcəng xəstəliyi aşkar olundu. Bu səbəbdən bir müddət Mehribangillə əlaqəm kəsildi.
Sonradan Mehriban mənə bildirdi ki, barəsində cinayət işi var, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində onda otuz yeddi nəfər müəllimin maaş kartı aşkarlanıb. Mənim "Kapital Bank”a olan borcum maaş kartından çıxıldığı üçün Mehriban bir müddət sonra kartımı özümə qaytardı və verilməli olan məzuniyyət pulumun yarısını ona verdim.
Mehriban mənə barəsindəki cinayət işi və özünə məxsus mülklərin satılması ilə bağlı köməyə ehtiyacı olduğunu dedi. Onun barəsində 1.000.000 manat məbləğində pul mənimsəməsinə dair cinayət işi vardı. Həmin vaxt əlimdə olan pulları müalicəmə xərclədiyim üçün Mehribana pul verə bilmədim.
Mehribanın mülklərinin siyahısında Novxanıda torpaq sahəsi, "28 May” ərazisində üçotaqlı mənzil, bunlardan başqa, mənə demədiyi digər mülkləri də olub”.
"Mehribanın evini almaq qərarına gəldim”
Təqsirləndirilən şəxs deyib ki, Mehribana kömək məqsədilə öz xahişi əsasında onu ev alqı-satqısı ilə məşğul olan dostu Salman Hüseynovla tanış edib: "Salman satılacaq əmlaka qiymət müəyyən etməli idi. Salman Mehribanla birlikdə sonuncunun "28 May” ərazisində olan evinə qiymət təyin etmək üçün həmin ünvanda oldular. Salman evi 200.000-250.000 manata sata biləcəyini dedi.
Evə gələrək arvadım Şücayətlə məsləhətləşdəkdən sonra uzun müddət kirayədə qaldığımızdan həmin evi almağı qərarlaşdırdıq. Bu məqsədlə öz evimdə Salmanın iştirakı ilə Mehribana 50.000 ABŞ dolları məbləğində pul verdim.
Daha sonra birlikdə Xətai rayonunda yerləşən "Beynəlxalq Bank”ın filialında həmin pulu dəymiş ziyanın aradan qaldırılmasından ötrü banka ödədik, qəbzi götürdük”.
"Bir iş yoldaşım kimi dayaq olmuşam”
Təqsirləndirilən şəxs bildirib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gedib və müstəntiq Zaur Qasımova pul vəsaitini ödəmələri barədə bildiriblər:
"Zaur müəllim ödənilən vəsaitin az olduğunu bildirdi. Buna görə də Mehribana kömək məqsədilə bir neçə gündən sonra 25.000 manat, bundan üç-beş gün sonra isə 5.000 manat pul verdim. Beləliklə Mehribana cəmi 114.000 manat vermişəm.
Buna baxmayaraq Mehriban mənə "Nizami” metrosu yaxınlığındakı notariusda həmin evi artıq satmaq istəmədiyini, evi baha qiymətə satacağını, mənim pulumu isə hissə-hissə qaytaracağını dedi. Həmin vaxtdan bu günə kimi Mehriban mənə hər dəfə 4.000 manat olmaqla iki dəfəyə cəmi 8.000 manat ödədi. Qalan pulumu isə qaytarmadı. Buna görə də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi yazdım. Mənə şikayətin aidiyyəti üzrə Bakı Şəhər Prokurorluğuna göndərildiyi barədə məlumat verildi.
Bir neçə gün sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırıldım. Orada şikayəti mənim yazmağıma baxmayaraq Mehribanın şikayətçi olduğu deyildi. Dəfələrlə Mehribana borca pul vermişəm, bir iş yoldaşı kimi ona dayaq olmuşam. Lakin Mehriban mənə böhtan ataraq, guya onun pulunu aldadaraq əldə etdiyimi dedi”.
"Dedikləri yalan və böhtandır”
Təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına verdiyi ifadə ilə məhkəmədəki ifadə arasında ziddiyyətlər olduğu üçün onun əvvəlki ifadəsi elan edilib.
O, həmin ifadəsində ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, 1988-ci ildən 7 saylı Musiqi Məktəbində qarmon müəllimi işləyir: "Mehriban 2000-ci ildən, yəni musiqi məktəbinə direktor vəzifəsinə təyin olunandan tanıyıram. Mehribanın dedikləri yalan və böhtandır”.
Sahibin ibtidai istintaqa dediyinə görə, təqribən 2020-ci ilin mayında Mehriban hüquq-mühafizə oqranları tərəfindən saxlanılıb, barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb:
"Bir müddət sonra Mehriban yaşadığım evə gəldi, ona maddi köməklik etməyimi xahiş etdi. "28 May” metrostansiyasının yaxınlığında üçotaqlı mənzilinin olduğunu və həmin evi sataraq cinayət işi ilə bağlı ziyanı ödəmək niyyətinə düşdüyünü bildirdi. Mehribana 50.000 ABŞ dolları pulu borca vermək imkanımın olduğunu dedim. O da həmin evi ya adıma keçirməyə, ya da sataraq borcu qaytaracağına söz verdi.
2020-ci ilin yay aylarında evimdə olan 50.000 ABŞ dolları pulu tanışım, ev alqı-satqısı ilə məşğul olan Salman Hüseynovun, arvadım Şücayətin yanında Mehribana verdim.
Həmin günü Mehribanın avtomobili ilə Salmanla birlikdə köhnə Bakı Şəhər Polis İdarəsinin yerləşdiyi binanın yaxınlığındakı "Beynəlxalq Bank”a getdik. Mehriban banka daxil oldu, həmin pulu cinayət işi ilə bağlı dəymiş ziyan üçün ödədi.
Bir müddət sonra Mehriban ziyanın ödənilməsi üçün pul lazım olacağını, Novxanı qəsəbəsində gölün ətrafında torpaq sahəsini sataraq ziyana görə ödəyəcəyini dedi. Torpağı ucuz qiymətə satmamaq üçün məndən borca pul istədi.
Mehriban həmin vaxtı yaşadığım evə gəldi, 25.000 manatı borca məndən götürdü, ziyanın ödənilməsi üçün banka köçürdü”.
"Vergidə tanışı olduğunu dedi”
Cinayət işi üzrə şahid qismində ifadə verən Mehribanın sözlərinə görə, 1998-ci ildən 2020-ci ildək Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində direktor vəzifəsində işləyib: "Sahibi uzun müddətdir tanıyıram. Direktoru olduğum məktəbdə müəllim işləyib. Aramızda yaxşı münasibət var.
Direktor işlədiyim müddətdə məktəbdə baş vermiş qanunsuzluqlarla bağlı istintaq aparıldı və həmin iş artıq yekunlaşdırılıb, barəmdə ittiham hökmü çıxarılıb. Cinayət işinin istintaqı müddətində Sahibə müraciət etdim. Barəmdə olan cinayət işini müəyyən ödəmə müqabilində qısa müddətdə xitam etdirmək imkanının olduğunu bildirdim. Sahib ailəvi dostu olan Ceyhunun yuxarı vəzifəli şəxslərlə geniş əlaqələrinin olduğunu, bu işi də Ceyhunun vasitəsilə həll edəcəyini dedi.
Sahibdən əvvəllər də Ceyhunun barəsində eşitmişdim. Beş-altı il öncə yaxınlarımdan biri vəzifəli işə keçməyinə kömək xahiş etmişdi. Sahibdən bu barədə soruşanda, vergi orqanlarında Ceyhun adlı tanışı olduğunu və onun vasitəsilə kömək edə biləcəyini demişdi. Ceyhunla ilk dəfə həmin işlə bağlı beş-altı il bundan əvvəl Sahibin iştirakı ilə görüşmüşdüm.
Öz işim barədə də Sahibə müraciət etməkdə məqsədim o idi ki, Ceyhunun vasitəsilə məsələ həll olunsun”.
"Pulları ayrı-ayrı məkanlarda vermişəm”
Mehriban qeyd edib ki, barəsində olan cinayət işinin həlli ilə əlaqədar Sahibə 2020-ci ilin may ayından etibarən pul verməyə başlayıb: "Pulları ona müxtəlif vaxtlarda, ayrı-ayrı məkanlarda vermişəm.
Pulun verilməsi zamanı adətən Sahiblə ikimiz olmuşuq. Evində pul verdikdə isə arvadı Şücayət də yanmızda olub. Bir dəfə bu işlə bağlı Ceyhunla Razində yerləşən restoranların birində görüşdük. Həmin vaxt Sahib mənim yanımda 10.000 manatı Ceyhuna verdi. Özüm şəxsən Ceyhuna pul verməmişəm”.
"Görüşlərimiz olub”
Mehriban deyib ki, 2020-ci ilin mayında ilkin olaraq Sahibə evinin yaxınlığında özünə məxsus avtomobildə 10.000 manat, sonradan isə 2020-ci ilin may-iyul aylarında 15.000 manat və 10.000 manat olmaqla müxtəlif məbləğlərdə pulu onun yaşadığı evin qarşısında verib:
"Həmin müddət ərzində Sahib və Ceyhunla birlikdə Sabunçu rayonunda yerləşən "Altun Buta” restoranında görüşmüşük. Ceyhun da bu məsələni həll edəcəyini söyləyirdi. Ceyhunun öz tələbi ilə Sahibə verdiyim bütün pulları zəng edərək ona demişəm”.
"Artıq satmağa əmlakım qalmadı”
Mehriban qeyd edib ki, 2020-ci ilin avqustunda Sahib bu işin həll edilməsi üçün ümumilikdə 130.000 manat lazım olacağını deyib: "Həmin vaxta qədər Sahibə hissə-hissə 70.000 manat verilib. 2020-ci ilin avqustunda qızımın evini sataraq 60.000 manat pulu da Sahibə hissə-hissə evində və evinin qarşısında çatdırmışıq. Bununla Sahibin dediyi 130.000 manat pulu tamamladıq.
Bundan sonra Ceyhun Sahibin mobil telefonu ilə mənə zəng etdi. Əlavə olaraq 30.000 manatda lazım olduğunu dedi. 2020-ci ilin sentyabr-oktyabr aylarında həmin məbləğdə pulu hissə-hissə Sahibə verdim. Hər dəfə Ceyhuna zəng edərək bu barədə məlumat çatdırmışam.
Sahibə sonradan əlavə olaraq 10.000 manat da verdim. Beləliklə 2020-ci ilin may ayından 2021-ci ilin yanvar ayına kimi olan müddət ərzində 168.300 manat pul vermiş oldum.
Həmin məbləğdə pulu hissə-hissə verməyimə səbəb o idi ki, hər dəfə hansısa əmlakımı satmaqla pul əldə edə bilirdim, özümlə qızımın evlərini, avtomobilini belə satmışdım. Hətta bankdan kreditə pul da götürmüşdüm. Əmlakımın bəzisini Sahibin tanışı Salman Hüseynovun köməyi ilə satmışam. Salman ev alqı-satqısı ilə məşğul olurdu. Artıq satmağa əmlakım qalmadı”.
Mehribanın sözlərinə görə, şikayətində ona vurulmuş ziyanı 170.000 manat olduğunu bildirib: "Sahibin deməsinə görə, ona verdiyim pulların hamısı Ceyhuna çatdırılıb. Sahibə verdiyim 168.300 manatdan başqa barəmdə olan cinayət işi üzrə dəymiş ziyanın ödənilmsi məqsədilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 90.000 manat pul ödəmişəm”.
"Ziyan ümumilikdə 1.000.000 manata yaxındır”
Şahid qismində ifadə verən Ceyhunun sözlərinə görə, 2013-cü ildən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş İdarəsində baş dövlət vergi müfəttişi vəzifəsində çalışır:
"Sahibi bir qonşu kimi 2001-ci ildən tanıyıram, münasibətlərimiz həmişə yaxşı olub. Mehribanı Sahibin vasitəsi ilə tanımışam. Onunla aramızda əvvəllər heç bir düşmənçilik, ədavət olmayıb. 2020-ci ilin fevral-mart aylarında Sahib mənə dedi ki, iyirmi ildir bir yerdə işlədiyi Mehribanın problemələri var, bir hüquqşünas kimi ondan məsləhət almaq istəyir və bu məqsədilə onunla birlikdə görüşməyi xahiş etdi.
Sahibin xahişini yerə salmamaq üçün bir neçə gündən sonra onlarla "Altun Buta” şadlıq evinin yanında yerləşən kafedə görüşdük.
Sahib Mehriban xanıma məni hüquqşünas kimi təqdim etdi. Mehriban bildirdi ki, barəsində mənimsəmə faktları ilə birbaşa əlaqəsinin olmasına dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır və vurmuş olduğu ziyan ümumilikdə 1.000.000 manata yaxındır.
Mehriban qeyd olunan əməlin mülkiyyət əleyhinə cinayət olduğundan cəzasının yüngülləşdirilməsi üçün ziyanı ödəməli olduğunu bildirdim. Bu vaxt Sahib dedi ki, onun özü də Mehriban xanıma kömək edəcək və ziyanı əllərində olan pullarla ödəməyə çalışacaqlar. Mehribanın xahişi ilə bu işlə əlaqədar ortaya çıxacaq məsələlərlə bağlı məsləhət almaq üçün daim mənimlə əlaqə saxlamasına etiraz etmədim.
Bu görüşdən sonra Mehriban mənimlə bir neçə dəfə telefonla əlaqə saxlayaraq məsləhət aldı. Hətta bir dəfə Binəqədi rayonunda işdən çıxdığım vaxt qızı və Sahiblə birlikdə iş yerimin qarşısına gəldi, ayaqüstü maksimum beş-on dəqiqə söhbətləşəndən sonra oradan uzaqlaşdılar”.
Ceyhun qeyd edib ki, onlara verdiyi bu məsləhətlərin müqabilində heç birindən hər hansı məbləğdə pul almayıb, cinayət işi ilə bağlı kömək edəcəyinə, yaxud kimlərdənsə işlə bağlı xahişlər edəcəyinə söz verməyib.
Sahib 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Mehriban Bakı Ağır Cinayətlər Məkəməsinin hökmü ilə 3 il müddətə dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər və maddi məsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Sahib Şükürov 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Mənbə: Musavat.com
Qlobal.Az