SON XƏBƏR

Bir atanın fəryadı: “Qızım da bu xəstəlikdən öldü, kömək edin” - VİDEO

Oktyabr 25
18:44 2019
"Hər sabahı açanda biz Allaha dua edirik ki, ay Allah, Qüdrəti bizim üçün ayıltdın, yaşatdın. Hər gecə əlimiz ürəyimizin üstündədir. Türkiyədə deyiblər ki, bu uşağın qaraciyəri dəyişilsə, uşaq yaşayacaq. Bizim də ona heç cür imkanımız yoxdur”.

Bu dualar bir çarəsiz nənənin son ümid dualarıdır. Həyatında səfalar sürdüyü vaxtları az, cəfa çəkdiyi, min-bir əziyyətlərə qatlaşdığı, bir qarını ac, bir qarını tox yaşadığı günləri çox olub bu qadının. Söhbət ölümə məhkum olan balaca Qüdrətin nənəsindən gedir. 5 yaşlı Qüdrət Nəbizadə qanda xolestrinin yüksək olması xəstəliyindən əziyyət çəkir. 3 ildir bu xəstəliklə mübarizə aparan uşaq fiziki, ailə isə maddi cəhətdən ailə tükənib.

Məlumat üçün deyək ki, qanda həddindən artıq miqdarda olan xolesterin yavaş-yavaş damar divarında yığılır və infarkt, iflic, damar keçilməzliyi, ciyər və böyrək çatışmazlığı kimi xəstəliklərin əmələ gəlmə riskini artırır.

Sahibə xanım deyir ki, nəvəsinin gözlərinə baxanda vicdan əzabı çəkir. Vicdanını sızladan kasıblıq, imkansızılıqdır, nəvəsinin dərdinə çarə olan maddi vəsaitinin olmamasıdır. Deyir, həyat yoldaşı gənc yaşlarında vəfat edib. Övladlarını min bir əziyyətlə böyüdən Sahibə xanım onların toyunu edəndə dərd-sərinin azalacağına ümid edib. Nəvələri doğulanda dünyası toy-bayrama çevrilib. Nədənsə bu, ona elə bil çox görülüb, qadının sevinci uzun çəkməyib. Nəvəsi Qüdrətdə milyonda bir nəfərdə görünən xəstəlik aşkarlanana qədər…

"Balaca-balaca sızanaqlar çıxmağa başladı. Götürdük dermatoloqa apardıq, o zaman bildirdilər ki, qanında yüksək xolestrin var. Hara getdiksə, dedilər, Türkiyəyə aparılmalıdır. Özüm sinif müəllimiyəm, müəllim maaşı ilə bu uşağı müalicə etdirməyimiz mümkin deyil. Oğlum da günəmuzd işləyir, gündəlik çörəkpulunu birtəhər qazanır. Qohum əqrəbanın köməyi ilə 2018-ci ildə bir-təhər Türkiyəyə göndərdik”.

Türkiyədə Qüdrətin qara ciyərində ciddi problem aşkarlanib, qanının ayda bir neçə dəfə yuyulmasına göstəriş verilib. Lakin maddi imkansızlıq bunlara imkan verməyib. Azərbaycana qayıdan ailəyə qohumlar, yaxınlar yenə yardım edib və balaca yenidən Türkiyəyə yola salınıb. Və bu dəfə Qüdrətə təcili qaraciyər köçürülməsinin vacibliyi bildirilib.

Dərd gələndə batmanla gəlir, deyirlər… Ailənin başı xəstəliyə qarışdığı bir zamanda daha bir faciə baş verir. Ailənin kiçik övladı 2 yaşlı Aydan Nəbizadə qəflətən dünyasını dəyişir. Məlum olur ki, qızın qanında da xolesterin yüksək olub: "Əvvəllər Türkiyəyə gedəndə bu dərmanların yarısını atdırırdılar. Vəziyyəti ağırlaşdığından dərmanların dozasını artırırlar. Ürəyinin təzyiqini normal saxlamaq üçün xüsusi dərman atır. Uşaq yatanda dua edirəm ki, sabaha sağ salamat çıxsın. Hər gün, hər saat xolestrin artdıqca daxili orqanlarını vurub sıradan çıxarır. Camaatımdan, millətimdən xahiş edirəm, bizə kömək eləsin”.

"Qaraciyərimi istəsələr çıxarıb verərəm. 56 yaşım var. Mənim qaraciyərim nəvəmə düşərsə, hamısını verməyə hazıram, atası, anası da həmçinin. Təki, bu körpə sağalsın. Donoru özümz taparıq, əsas əməliyyat üçün maddi vəsaitimiz yoxdu. Xahiş edirəm, bizə köməklik göstərilsin. İkinci dəfə bu faciəni yaşaya bilmərik. Aydanı itirməyimizin açısını hələ unuda bilməmişik. 1il 3 aydır, Aydan eyni xəstəlikdən dünyasını dəyişdi. Bir valideyin kimi bizim üçün faciədir. Ona görə, balam da, mən də, ikinci dəfə o faciəni yaşamaq istəmirik”.

Valideynlər deyir ki, balaca Qüdrətin sağalıb, normal həyata qayıtması üçün təxminən 80 min dollar lazımdır. Bu pulu ödəmək isə kasıb ailənin imkanı xaricindədir: "Xalqımın dəyərli oğlanlarından, qızlarından xahiş edirəm ki, mənim balamın ümidini üzməsinlər. Bu, balamın son ümididir. Balama köməklik göstərsinlər”.

Balaca Qüdrətə yardım etmək istəyən yardım sevər insanlar bu məqsədilə yaradılan bank hesablarından ona köməklik göstərə bilərlər.

KOD 200178
VÖEN 9900003611
M/H AZ37NABZ01350100000000001944
SWIFT AIIBAZ2X
HESABLAŞMA HESABI AZ32AIIB45810019441700005117

Kart hesabı: 38810944005932612117




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook