SON XƏBƏR

Binəqədidə zeytun bağını qurudan kimlərdir? - VİDEO

İyun 21
09:44 2023
Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki 30 illik zeytun bağları baxımsızlıqdan quruyaraq məhv olur. Ağacların yerləşdiyi parka gələn su kəsilib, icra hakimiyyəti problemlə maraqlanmır.

Binəqədi sakinlərinin Tribunainfo.az-a verdiyi məlumata görə, zeytun bağları taleyin ümidinə buraxılıb.

"Bura Adil Məmmədov küçəsidir. Bura illərin məşhur zeytun bağlarıdır. 30 illərin bağıdır. Bura əvvəl daimi su gəlirdi, çünki arteziyan quyuları var, ağaclar sulanırdı. Uzun müddətdir ki, bağa gələn su kəsilib. Ərazidəki yaşıllıqlar susuzluqdan yanıb məhv olur. Zeytun ağaclarının bir çoxu da susuzluqdan məhv olmaq üzrədir” deyə, sakinlər bildirib.

Bağın və ağacların vəziyyəti sakinləri narahat edir. Onlar tezliklə bağdakı yaşıllıqların bərpa edilməsi, qorunması üçün tədbir görülməsini istəyirlər.

Sakinlərin sözlərinə görə, icra hakimiyyəti yaxın günlərdə bağa yol şəkdirib, abadlıq işləri adı altında iş aparıb aparıb, bağı isə pis hala salaraq gediblər:

"Yol çəkildi, oturacaqlar qoyuldu. Ancaq ətraf qurumuş, məhvolmaq üzrə olan ağaclardan ibarətdir. Bağa nə baxırlar, nə də ağaclar sulanır”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook