"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider olduSərfəli xidmətləri ilə tanınan "Nar” 2025-ci ildə də Müştəri Loyallığı İndeksi (NPS – Net Promoter Score) üzrə mobil operatorlar arasında lider mövqeyini qoruyaraq bu göstəricidə ardıcıl 7-ci dəfə bir..
Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdiCavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Qlobal.az xəbər verir ki, bu barədə Prezident İlham Əl..
Azərbaycanla Efiopiya arasında bir sıra sənədlər imzalandıAzərbaycan Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə fevralın 27-də geniş tərkibdə görüşü olub.
Qlobal.az xəbər verir ki, sonra Azərba..
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? -Video
Binəqədi rayonunda qanunsuz tikintiyə hansı məmur himayə edir?
Binəqədi rayonu R. Quliyev küçəsində qanunsuz tikinti faktı aşkarlanıb.
Yerli sakinlərin narahatlığına səbəb olan bu tikinti işlərinin hansı əsasla aparıldığı və kim tərəfindən himayə olunduğu hələlik məlum deyil.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.
Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Binəqədi icra hakimiyyətinin müavini olan Hacıbaba Babayevin "razılığı" əsasında aparıldığı iddia olunur.
Məsələ ilə bağlı rayon Binəqədi icra hakimiyyətində və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən açıqlama almaq mümkün olmadı.
Məsələ ilə bağlı müvafiq qurumların mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, 2018-ci ildən Binəqədi icra hakimiyyətinini başçısı Elxan Allahverdiyevdir(Xalq.online)