“Binə” ticarət mərkəzində aksiya keçirilir VİDEO
Yanvar 18
12:37
2016
Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "Binə”də hazırda aksiya keçirilir. Aksiya iştirakçıları isə ticarət mərkəzində işləyən tacirlərdir.
Onlar bir müddət öncə də dinc aksiya keçirib, tələblərini ortaya qoymuşdular. Görünən odur ki, istəkləri yerinə yetirilməyib. Belə ki, hazırda 5/3, 5/4 sıralarda çalışan sahibkarlar dükanları qapadaraq, bu şəkildə dinc aksiya keçirirlər. Onların etirazlarına səbəb isə, icarə haqlarının çox olmasıdır.



