SON XƏBƏR

Bin Ladenin 11 sentyabr SİRRİ

Fevral 14
09:05 2016
Əl Qaidə terror təşkilatının lideri Üsamə bin Laden 2001-ci il 11 sentyabr terrorunu 1999-cu ilin oktyabrında "YeciptEyr" aviaşirkətinin təyyarəsinin qəzaya salınmasından sonra planlaşdırıb.
 
Qlobal.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Foks Nyus" telekanalı yayıb. Terrorçunun gündəliyini diqqətlə tədqiq edən telekanal Bin Ladenin məhz bu qəzadan sonra niyə pilotların təyyarəni ABŞ-dakı binalardan birinə çırpmadığı haqqında düşündüyünü iddia edib.
 
Qeyd edək ki, Misirin "YeciptEyr" aviaşirkətinə məxsus təyyarəyə 1999-cu ildə edilən hücum zamanı 217 nəfər həlak olub. Əl Qaidə terror təşkilatı 1988-ci ildə Əfqanıstanda yaradılıb. SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra bu terror təşkilatının əsas hədəfi Qərb ölkələri olub.
 
1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərinin partladılmasını təşkil edən Əl Qaidə bunun nəticəsində dünyanın 1 nömrəli terror təşkilatına çevrilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook