Bibiheybət pirində nəzir qutularına ayda 400 min manat atılırmış- Elşad Miridən açıqlama
May 15
03:34
2018
İlahiyyatçının sözlərinə görə, pirlərə üz tutanların bir qismi də tənbəl adamlardır. Çalışqan insanlar pirlərə üz tutmur:
"Bəziləri pirlərə gedərək universitetə qəbul olmaqlarını ziyarətgahlar vasitəsi ilə Allahdan istəyirlər. Övladı olmayanlar pirə gedib oradan övlad istəyirlər. Sanki pir ginekoloji mərkəzdir. Hətta həccə gedən insanları tanıyıram ki, peyğəmbərə vəhy gəldiyi Hira mağarasına gedərək xanımının, qızının paltarını oraya sürtüb. İstehza ilə soruşmuşam ki, yəqin bunu yumazsınız, cavabında – bu yuyularmı? - deyib. İnsanlar pirləri də bütləşdirirlər”.
Elşad Miri onu da vurğulayıb ki, islamda ziyarətgahlar və pirlər haqqında heç nə qeyd olunmayıb:
"Pirlərə münasibətim mənfidir. Bunun da əsas səbəbi ziyarətgahlar, pirlər haqqında islamda heç nə yoxdur. Bu gün pirlər bizə islam adı altında sırınır, aşılanır. Deməli, bunların hamısı uydurmadır. Mən də bu cəmiyyətin bir üzvüyəm, uşaq vaxtı pirlərə getmişəm. Pirlərə münasibətin müsbət olduğu bir ənənədə yetişmiş bir şəxsəm. İnsanların etdiyi bu yanlışları biz də etmişik. İslamın əsas mənbəyi olan Qurana müraciət etdiyim zaman gördüm ki, bunların heç birinin əsası yoxdur. Peyğəmbərimizin həyatını oxuyanda da pirlərin, ziyarətgahların heç birinin orada mənbəyinin olmadığını gördüm. Ona görə də pirlərə münasibətim birmənalı olaraq mənfidir”.

lent.az