SON XƏBƏR

“Bəzi yunan rəsmiləri hədlərini aşırlar” - Türkiyə Prezidenti

Noyabr 16
10:56 2022
"Yunanıstanda bir neçə adam dinc dayanmır”.

"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə Yunanıstanla dinc qonşuluq münasibətlərində maraqlıdır.

"Amma bəzi yunan rəsmiləri hədlərini aşırlar. Başa düşmək lazımdır ki, adaları silahlandırmaq mənasızdır”, - R.T.Ərdoğan söyləyib.
Xatırladaq ki, R.T.Ərdoğan G20 ölkələrinin İndoneziyanın Bali adasında keçirilən IX sammitində iştirak edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook