SON XƏBƏR

“Bəzi ərzaq məhsullarının qıtlığı problemi hələ uzun müddət davam edəcək” - Deputat

Mart 15
13:52 2022
Rusiyaya tətbiq etdiyi 4-cü sanksiyalar paketi ilə Qərb ölkələri şimal qonşumuzdan bir sıra məhsulların idxalını qadağan etdi. Bu arada Rusiya da bəzi ərzaq, o cümlədən taxıl və şəkərin ixracını payızadək dayandırıb.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib. 

V.Bayramov bildirib ki, BMT isə qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib:

"Təşkilatın hesablamalarına görə, dünya bazarında ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22 faiz intervalında yüksələcək.

Rusiya-Ukrayna müharibəsi artıq regionda, eləcə də qlobal bazarda qiymət artımlarına səbəb olub. Həmçinin Rusiyanın özündə də bir sıra ərzaq məhsullarının qıtlığı müşahidə olunur. 2021-ci ildə olduğu kimi, bu il də dünya bazarında yüksək qiymət artımlarının olacağı proqnozlaşdırılır.

Rusiyaya tətbiq olunan sanksiyalar, eləcə də bir sıra ölkələrin ərzaq məhsullarının ixracına qadağaları ərzaq təhlükəsizliyi və təminat məsələsini daha da aktuallaşdırır. 

Azərbaycan da bir sıra ərzaq məhsullarının əhəmiyyətli hissəsini xaricdən alır və bu baxımdan da idxal inflyasiyası qaçılmazdır. Bu kontekstdən, əsas strateji ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi və xüsusən də işğaldan azad olunan ərazilərimizin məhsuldar torpaqlarının qısa zamanda əkin fonduna daxil edilməsi vacibdir. Görünən odur ki, dünya bazarında qiymət artımları ilə yanaşı, bəzi ərzaq məhsullarının qıtlığı problemi hələ uzun müddət davam edəcək”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook