SON XƏBƏR

Beytulla Hüseynov vəzifəsindən azad edildi

Oktyabr 21
16:11 2015
Dünən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri Beytulla Hüseynovun həbs olunması haqda xəbər vermişdik.
 
Məlumata görə, bu gün B. Hüseynov artıq vəzifəsindən azad olunub. Onun hazırda harada olması haqda məlumat yoxdur.
 
Məlumata görə Eldar Mahmudov nazir təyin olunandan sonra vəzifəyə gətirdiyi Beytulla Hüseynov işlədiyi dövrdə bir sıra qanunsuzluqların baş verməsində, özbaşına fəliyyətdə, özündən yüksək vəzifəlilərə tabe olmamaqda və MTN-dəki cinayətkar şəbəkənin fəaliyyəti üçün şərait yaratmaqda ittiham olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook