SON XƏBƏR

Beyrutdakı dəhşətli partlayışın təfərrüatı məlum oldu

Avqust 05
11:14 2020
Livanın Beyrut limanında 2750 ton ağırlığında amonium nitratla dolu çənin partlaması nəticəsində ölənləri sayı 78-i ötüb, 4000 nəfərdən çox insan isə yaralanıb.

Qaynarinfo xəbər verir ki, məlumatı Livan Səhiyyə Nazirliyi açıqlayıb. Ölü sayının artacağı istisna edilmir.

Livan Polis İdarəsi isə sözügedən partlayıcı maddənin 6 il öncə həyata keçirilən əməliyyat nəticəsində ələ keçirildiyini bildirib. Yerli mətbuata danışan polis rəsmilərindən biri ələ keçirilmiş olan amonium nitratın saxlanıldığı anbarda kiçik bir boşluğun qapadılması üçün qaynaq işi görülərkən partladığını söyləyib.

Partlayışın səsi o qədər güclü olub ki, Kiprdə belə eşidilib.

Livan prezidenti Mişel Aun isə partlayıcı maddənin təhlükəsiz şəraitdə saxlanılmamasının qəbuledilməz səhv olduğunu bildirib.

Ölkənin Səhiyyə Nazirliyi kimyəvi maddənin partlaması səəbindən sağlamlıqla bağlı problemlər yarana biləcəyindən, əhaliyə ərazini tərk etmələri barədə çağırış edib.

Bu arada İsrail hökuməti partlayışla heç bir əlaqələri olmadıqlarına dair açıqlama yayıblar. Livan Hizbullahı da hadisənin İsrail tərəfindən onlara qarşı bir hücum olduğuna dair iddiları rədd edib.

Partlayış səbəbindən şəhər küçələri dağılmış avtomobillərlə dolub, həmçinin hadisə ilə əlaqədar şəhərə elektrik verilişi dayandırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook