Beynəlxalq Valyuta Fondu Ukraynaya maliyyəni dayandıra bilər
Fevral 11
12:32
2016
Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya yardım proqramını dayandıra bilər.
"Virtualaz.org-un Rambler News Service-yə istinadən məlumatına görə, BVF-nin icraçı direktoru Kristin Laqard bununla bağlı Ukrayna hökumətinə xəbərdarlıq edib.
K.Laqard deyib ki, yardım proqramının dayandırılmasına Ukraynada korrupsiya ilə bağlı problemlərin mövcudluğu, dövlət idarəçiliyində irəliləyişin ürəkaçan səviyyədə olmaması, bəzi şəxsi maraqların siyasətə təsir göstərməsi səbəb ola bilər.
"Bu problemlər aradan qaldırılmasa yardım proqramı dayandırıla bilər. Biz Ukrayna rəhbərliyini ölkəni islahatlar yoluna qaytarmağı çağırırıq", - deyə K. Laqard bildirib.
Xatırladaq ki, Ukraynanın maliyyə naziri Nataliya Yaresko dünən verdiyi açıqlamada bildirmişdi ki, BVF onun ölkəsinə maliyyə yardımı ayırmaqda nədənsə gözləmə mövqeyi tutur.
Nazir bunu onunla əlqələndirmişdi ki, görünür, bu beynəlxalq maliyyə qurumu Ukrayna hökumətinin onun şərtlərini yerinə yetirə bilməyəcəyindən ehtiyatlanır.



