Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olub
Oktyabr 31
13:05
2022
Azərbaycanda üç günlük səfərdə olan "Türkiyə Səyyahlar Klubu” dərnəyinin-beynəlxalq səyyahların növbəti və son ünvanı Cəbrayıl rayonundakı Xudafərin körpüsü olub.
Qonaqlara Xudafərin körpüsünün tarixi barədə məlumat verilib. Bildirilib ki, ermənilər abidəni 27 il işğal altında saxlayıblar. Xudafərin körpüsünün və ətraf ərazilərin 2020-ci il oktyabrın 18-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi diqqətə çatdırılıb.
Xatırladaq ki, səfər azad edilmiş ərazilərin "black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmaniya) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə, 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.



