Beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirdi: 17 nəfər həlak oldu
Noyabr 16
08:28
2018
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya növbəti hava zərbəsi endirib. Bu barədə SANA agentliyi xəbər verir.
Bildirilir ki, zərbə Deyr-ez-Zoir vilayətinin Bu-Badran yaşayış məntəqəsinə endirilib. Zərbə nəticəsində azı 17 nəfər həlak olub.
Hadisənin təfərrüatı açıqlanmır.
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri bir neçə gün əvvəl də Suriyaya hava zərbəsi endirib. Nəticədə 60-dan çox insan ölüb və yaralanıb.